"Arzuma çatdım, mükafatı anama və xalqıma həsr edirəm" - VİDEO

1 Yanvar 2023 19:00 Karate 824
"Arzuma çatdım, mükafatı anama və xalqıma həsr edirəm" - VİDEO

"Bu titul Azərbaycan xalqınındır".

Bunu "Karate Combat"da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra deyib.

35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib:

"Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum".

Ağayev Denielsin "Karate Combat"da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu söyləyib.

Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi