"Azərbaycanda keçirilsə, azarkeşlərin 99 faizi məni dəstəkləyəcək"

20 Dekabr 2022 00:50 Karate 486
"Azərbaycanda keçirilsə, azarkeşlərin 99 faizi məni dəstəkləyəcək"

“Karate Combat” döyüş liqasında yüngül çəkidə dünya çempionu Rafael Ağayev Raymond Daniels üzərində qələbəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli idmançı yarışın Bakıda keçirilməsini istədiyini deyib:

“Dünya çempionu olduğum üçün çox xoşbəxtəm. Gözəl döyüş olduğunu dediniz. Amma burada təkcə mənim yox,

Raymondun da əməyi var. O, əla döyüşçüdür. Növbəti döyüşüm Coşua Kuayhagenə qarşı olacaq.

İndi qələbəmdən həzz almaq istəyirəm, ondan sonra Coşuaya qarşı mübarizəyə hazırlaşmağa başlayaca.

Eşitdim ki, zədələnib. Tezliklə sağalmasını arzulayıram. Onu burada gözləyirik. “Karate Combat”ın Bakıda keçirilsə, şad olaram.

Buranı da bəyənirəm, amma turnir Azərbaycanda keçirilsə, azarkeşlərin 99 faizi məni dəstəkləyəcək.

İstənilən rəqibə hörmətim var. Raymond öz idman növündə əfsanədir. İki çempiondan biri qalib gəlir, digəri isə uduzur.

Mənim günüm idi və qalib gəldim. Döyüş çox çətin keçdi. İlk dəfə 5 raund döyüşdüm. Amma yaxşı hazırlaşmışdım. Raymonda uğurlu arzulayıram.

Mən karate ilə məşğul olanda pul üçün gəlməmişdim. Karate mənim həyatımdır.

Əgər işinizdə ən yaxşısınızsa, hər şeyə sahib olacaqsınız. Pul da daxil olmaqla. Amma idmanda ən önəmlisi çempion olmaq deyil, insan qalmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti