Premyer Liqa Bakıda keçiriləcək, 16 ölkənin telekanalı yayımlayacaq

3 Sentyabr 2022 02:00 Karate 2 273
Premyer Liqa Bakıda keçiriləcək, 16 ölkənin telekanalı yayımlayacaq

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirini hansı ölkələrin TV-lərinin yayımlayacağı bilinib.

Sportinfo.az xəbər verir ki, 16 ölkənin telekanalı 4 sentyabrda keçiriləcək medal görüşlərini göstərəcək.

Bunlar Əlcəzair, Bəhreyn, Xorvatiya, Misir, İran, İraq, İtaliya, Livan, Liviya, Mərakeş, Qətər, Səudiyyə Ərəbistanı, İspaniya, Suriya, Türkiyə və BƏƏ telekanallarıdır. Bunlardan Xorvatiyanın SPTV, İranın "Volant Media", İtaliyanın "Sky İtalia Rai", Mərakeşin "Arryadia" (SNRT), İspaniyanın "Teledeporte" (RTVE) və Türkiyənin "TRT Spor" telekanalları eksklüziv yayım hüquqlarına malikdir.

Azərbaycandan isə hansı telekanalın yarışı canlı göstərəcəyi hələ ki bilinmir.

WKF-in "Yutub" kanalı isə həm təsnifat, həm də medal görüşlərini canlı olaraq göstərəcək.

Bakıda ilk dəfə keçiriləcək karate üzrə Premyer Liqa turniri 2-4 sentyabrda baş tutacaq.

Heydər Əliyev adına İdman Kompleksində baş tutacaq yarışda təsnifat döyüşləri 2-3 sentyabr saat 09:00-da başlayıb, 20:30-da başa çatacaq.

4 sentyabrda keçiriləcək bürünc medal döyüşləri 10:00-14:00, final görüşləri isə 15:30-18:30 vaxt aralığında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti