Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqladı

30 Avqust 2022 02:50 Karate 678
Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqladı

“Bakıda keçiriləcək Premyer Liqa turniri Azərbaycan karatesi üçün böyük addım və gələcək nəsillər üçün böyük motivasiyadır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan karateçisi Asiman Qurbanlı Ümumdünya Karate Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı idmançı bildirib ki, gələn ay Bakıda ilk dəfə keçiriləcək turnirdə əsas məqsədi mümkün olan ən yaxşı nəticəni qazanmaqdan ibarət olacaq:

"Azərbaycan çox yüksək səviyyəli yarışlar təşkil etməyə qadir ölkədir. Buna misal olaraq I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarını göstərmək olar ki, hər ikisində karate yarışları yer alıb.

İnanıram ki, Bakıda keçiriləcək Premyer Liqa turniri buradakı digər beynəlxalq yarışlar kimi yüksək səviyyədə keçiriləcək".

II Avropa Oyunlarının qalibi, ikiqat dünya, beşqat Avropa və ikiqat İslamiada mükafatçısı olmuş Qurbanlı 7 dəfə də Premyer Liqada medal qazanıb.

O, Azərbaycan karatesinin məşhurluğunun səbəbini açıqlayıb:

“Xalqımız əzmkar və mübarizdir. Azərbaycan karatesi tarixində beşqat dünya çempionu Rafael Ağayev və bir çox titulları olan digər məşhur idmançılarımız var.

Ümid edirik ki, bu ənənəni davam etdirəcək və onu gələcək karateçi nəslə ötürəcəyik”.

Bakıda Premyer Liqa turniri 2 - 4 sentyabrda keçiriləcək. Bu yarışda Azərbaycanı 16 karateçi təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!