"Bilirəm ki, bundan sonra da..."

20 Avqust 2022 01:10 Karate 1 064
"Bilirəm ki, bundan sonra da..."

"İki ay öncə ilk dəfə böyüklər arasında Avropa çempionatına qatıldım və orada bürünc medal götürdüm".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova deyib.

55 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxan idmançı bildirib ki, 21 yaşı yenicə tamam olmasına baxmayaraq, liderlərlə döyüşmək və eyni sırada durmaq onun üçün böyük qürurdur:

"Bilirəm ki, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?