Azərbaycan yığmasını ona görə seçib ki... "Təəssüf, müxtəlif səbəblərdən rədd edildim"

11 Mart 2022 09:20 Karate 969
Azərbaycan yığmasını ona görə seçib ki... "Təəssüf, müxtəlif səbəblərdən rədd edildim"

Əslən Ukraynadan olan karateçi İrina Zaretska Azərbaycanı seçməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı idmançı bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

İkiqat dünya və Avropa çempionu bildirib ki, 7 il əvvəl yerli federasiyadan dəstək olmadığı üçün bu addımı atıb:

"Təəssüf ki, müxtəlif səbəblərdən rədd edildim. Bundan sonra ya karate ilə vidalaşmalı, ya da başqa federasiyadan gələn təklifi qəbul etməli və karyeramı həmin ölkədə qurmalı idim.

Əlbəttə, o zaman mənim bir fikrim var idi: çıxış etmək, qələbə qazanmaq, ən yaxşıların yaxşısı olmaq istəyirəm! Tale indi mənə bunu gerçəkləşdirmək şansını verirsə, bundan mütləq istifadə edəcəyəm"!

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı bu qərarı verərkən təzyiqlə üzləşəcəyini proqnozlaşdırdığını söyləyib:

"Çünki burada mən artıq yadam və oraya aid deyiləm. Amma amma bunların hamısı 2-ci planda idi. Çünki əsas məsələ hədəfim və irəliyə can atmağım idi!

Və nəticə - nəyə nail olmuşam? Bu ölkədəki bütün digər idmançılar ümumi əsasda öz əməyi ilə etdikləri işlərə tamamilə layiqdirlər".

Digər Xəbərlər
Xəbər Lenti