Ağayevin əsas rəqiblərindən biri Ukrayna ordusuna yazıldı - VİDEO

2 Mart 2022 02:20 Karate 961
Ağayevin əsas rəqiblərindən biri Ukrayna ordusuna yazıldı - VİDEO

Karate üzrə ukraynalı Olimpiya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının qalibi Stanislav Qoruna da ordu sıralarına qoşulub.

Sportinfo.az xəbər verir ki, o bu gün – 32 yaşının tamam olduğu ad günündə ingilis və Ukrayna dillərində video müraciət yayıb.

O, müraciətində Ukrayna Milli Bankına ordu və xalqa yardım üçün ianələr göndərilməsini xahiş edib.

Döyüş sıralarına qoşulanlar arasında Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev də var.

Stanislav Qoruna 75 kq çəki dərəcəsində beşqat dünya çempionu Rafael Ağayevin əsas rəqiblərindən biri sayılır.

Digər Xəbərlər
Xəbər Lenti