Bizimkilər Premyer Liqada - İrina qızıl, Turqut bürünc medal qazandı

20 Fevral 2022 22:00 Karate 869
Bizimkilər Premyer Liqada - İrina qızıl, Turqut bürünc medal qazandı

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Premyer Liqa turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda italiyalı Silvia Semeraro ilə qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Zaretska qızıl medala sahib çıxıb.

84 kq-da mübarizə aparan Turqut Həsənov bürünc medal görüşündə avstriyalı Robin Rettenbaxeri məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Onunla eyni çəkidə yer alan Pənah Abdullayev və 67 kq-da Tural Ağalarzadə, həmçinin kata növündə Roman Heydərov 3-cü yer uğrunda qarşılaşmada uduzaraq, medal şanslarını əldən veriblər.

Azərbaycan Karate1 Premyer Liqa turnirində 9 idmançı ilə təmsil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"