Premyer Liqada iştirak edəcək azərbaycanlılar

17 Fevral 2022 03:50 Karate 3 893
Premyer Liqada iştirak edəcək azərbaycanlılar

Fevralın 18-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 3 gün davam edəcək yarışa yığma 9 idmançı ilə yollanıb.

Kişilərin baş məşqçisi Qurban Tağıyev 60 kq çəki dərəcəsində Əminağa Quliyev və Sultan Hüseynovu, 67 kq-da Tural Ağalarzadə ilə Rafiz Həsənovu, 84 kq-da Turqut Həsənov və Pənah Abdullayevi, 84-dən yuxarı çəki dərəcəsində isə Asiman Qurbanlını heyətə cəlb edib.

Qadınların baş məşqçisi Denis Morozov İrina Zaretskanın (68 kq), kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun liqa turnirinə qatılmasına üstünlük verib.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edəcək hakimlər arasındadır.

R.Əliyev həmçinin dərəcəsini yüksəltmək üçün artıq Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsində imtahanlara qatılıb.

Yarışda 55 ölkədən 342 idmançı iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"