Bu şəxs federasiyasının yeni prezidenti seçildi - FOTOLAR

15 Yanvar 2022 02:50 Karate 1 040
Bu şəxs federasiyasının yeni prezidenti seçildi - FOTOLAR

Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə əvvəlcə federasiyanın mərhum prezidenti Talıb Berziqiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra federasiyanın vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Yuri Mustafayev qurumun son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edərək gələcəkdə qarşıda duran məsələlərlə əlaqədar qısa məlumat verib.

Daha sonra federasiyanın yeni prezidenti vəzifəsinə 6-cı dan qara kəmər sahibi Rafael Bunyatovun namizədliyi irəli sürülüb. Seçki nəticəsində o, qurumun yeni prezidenti olub.

Yığıncaqda, həmçinin, 7-ci dan qara kəmər sahibi Yuri Mustafayev, 5-ci dan qara kəmər sahibi, professor Ənvər Həzərxanov və 5-ci dan qara kəmər sahibi Vəliyulla Bunyatov federasiyanın vitse-prezidentləri, 5-ci dan qara kəmər sahibi Yuliya Mustafayeva isə federasiyanın baş katibi seçiliblər.

Tədbirdə federasiyanın aparıcı məşqçiləri və tanınmış idmançıları iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"