Tanınmış brend Ağayevlə uzunmüddətli müqavilə imzaladı

14 Yanvar 2022 00:50 Karate 1 123
Tanınmış brend Ağayevlə uzunmüddətli müqavilə imzaladı

Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) yenidən "Karate Combat" turnirində çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı xəbər yayıb. 5 qat dünya və 11 qat Avropa çempionu ilə uzunmüddətli müqavilə imzalanıb.

37 yaşlı idmançı turnirin yaxın aylarda start götürəcək 4-cü mövsümündə mübarizə aparacaq.

Əməkdaşlıqla bağlı fikirlərini bölüşən "Karate Combat"ın prezidenti Adam Kovaç Ağayevi karate üzrə bütün zamanların ən böyük idmançılarından biri hesab edib:

"Biz onunla bu yeni müqavilə imzalamaqdan məmnunuq. Çünki olimpiya qələbələrinin impulsunu bizim turnirə gətirir və peşəkar dünya çempionatına can atır").

Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti