Vilayət Eyvazov tanınmış idmançını yeni vəzifəyə təyin etdi - FOTO

6 Yanvar 2022 02:20 Karate 2 073
Vilayət Eyvazov tanınmış idmançını yeni vəzifəyə təyin etdi - FOTO

Azərbaycanın tanınmış karateçisi Firdovsi Fərzəliyev Abşeron Rayon Poilis İdarəsində (RPİ) yeni vəzifəyə təyin edilib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, o, Abşeron RPİ-nin kadrlar qrupunun inspektoru təyin olunub.

F.Fərzəliyev Bakı-2015 I Avropa Oyunlarında qızıl, Minsk-2019 II Avropa Oyunlarında gümüş medal qazanıb. O, 2016-cı il dünya çempionatında Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal əldə etsə də, 2017-ci il Dünya Oyunlarının qalibi olub.

28 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına karate növündə qazanılmış 3 lisenziyadan birinin müəllifi kimi qatılmasına baxmayaraq, medalçılar sırasına düşə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"