SƏMİMİ ETİRAF: "Ora getməyə yolpulumuz yox idi, anam qızıllarını satdı" - VİDEO

21 Dekabr 2021 13:40 Karate 815
SƏMİMİ ETİRAF: "Ora getməyə yolpulumuz yox idi, anam qızıllarını satdı" - VİDEO

Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev ARB TV-nin “Onun sirri” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, “qara brilyant” ləqəbli karateçi anasının yolpulu üçün qızıllarını satdığını etiraf edib:

“Rusiyada keçirilən yarışa getməyə yolpulumuz yox idi, anam qızıllarını satdı. Yolpulumuzu düzəldib atamla yola düşdük.

Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama hədiyyə etdim.

Daha sonralar anama bir çox hədiyyə aldım, amma anamın 32 qramlıq qızıllarının yerini heç bir hədiyyə verə bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti