"Özümə söz vermişəm ki…"

11 Dekabr 2021 11:40 Karate 1 065
"Özümə söz vermişəm ki…"

"Müəyyən qədər kədərliyəm ki, bürünc medalə qızıl edə bilmədim".

Sportinfo.az xəbər verir ki, bu sözlər karate üzrə yığmanın aparıcı simalarından Asiman Qurbanlıya (+84 kq) məxsusdur.

Dünya çempionatı çərçivəsində keçirilən fərdi yarışlarda bürünc medal əldə edən həmyerlimiz bunun üçün sevincli olduğunu söyləyib:

"Xırda çatışmazlıq oldu. Bu da məni çox üzdü. Çünki mundiala qızıl medal üçün getmişdim.

Məqsədim yalnız bu idi. Amma əsas odur ki, medalsız qalmadım. Artıq dünyanın 3 idmançısından biriyəm.

Reytinqdə isə ilk "5-lik"dəyəm. Bu, mənim üçün gələcək yarışlarda böyük motivasiyadır. Məqsədim yalnız çempionluqdur və fəxri kürsünün ən yüksək zirvəsini hədəfləyirəm.

Hər şey hələlik yaxşıdır. Əsas odur ki, zədə olmasın. Gələcək yarışlarında qızıl medal qazanmağı özümə söz vermişəm".

Digər Xəbərlər
Xəbər Lenti