"Çox yoruldum, söz-söhbətə yox, məşqlərə fikir verməliyik"

28 Noyabr 2021 14:20 Karate 673
"Çox yoruldum, söz-söhbətə yox, məşqlərə fikir verməliyik"

"Bunu dildə demək bəlkə də kiməsə asan gəlir".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın karate üzrə millisinin lideri Rafael Ağayev deyib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında iştirak edən yığmanın aparıcı siması ağır zədədən sonra ora yollanmağın çətin olduğunu bildirib:

"Şəxsi yarışlarda hər şey qaydasında idi. ABŞ təmsilçisi Skott Tomasla 9 görüş keçirmişəm. Ona ilk dəfə idi uduzurdum.

Həmin qarşılaşmada 0:3 hesabı ilə geridə idim və 3 xal alaraq hesabı bərabərləşdirdim. Hakimlərin rəyi ilə ABŞ idmançısı qalib oldu.

Bunu kompliment olaraq demirəm. Həqiqətən bir az dincəlsəydim, 6 qat dünya çempionu olacaqdım. Sadəcə, çox yoruldum. Amma irəli baxmaq lazımdır.

Yaxşı mənada başımızı aşağı salıb məşqlərə davam etməliyik. Söz-söhbətə yox, məşqlərə daha çox fikir verməliyik. İnanıram ki, yenidən bayrağımızı dalğalandıracağıq".

Digər Xəbərlər
Xəbər Lenti