"Hansısa bir səbəbdən məğlub olduq, hər il hansısa maneə qarşımıza çıxır"

23 Noyabr 2021 01:40 Karate 514
"Hansısa bir səbəbdən məğlub olduq, hər il hansısa maneə qarşımıza çıxır"

"Komanda şəklində dünya üçüncüsü olduq.

Son olaraq 2010-cu ildə finala yüksələ bilmişdik. 11 ildən sonra bürünc medal qazandıq.

Hər il hansısa maneə qarşımızda olur, finala çıxa bilmirdik. Bunun da səbəbi var. Həmişə medal qazananda yaxşı şeylərdən danışırlar. Amma nöqsanları da demək lazımdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatından qayıdan Azərbaycanın karate üzrə milli komandasının lideri Rafael Ağayev (75 kq) qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

36 yaşlı idmançı komanda yoldaşlarının və məşqçilərin əziyyəti sayəsində medal əldə etdiklərini vurğulayıb:

"Mən də onların adından demək istəyirəm ki, yarış çox gözəl keçib. Hansısa bir səbəbdən məğlub olduq. Tək mən yox, komanda şəklində çox gözəl iştirak etdik.

Hər komandada dəyişikliklər olur. Bizim komandadan Ayxan Mamayev bu dəfə yox idi. Şəxsi yarışlarda Pənah Abdullayevin çənəsi iki yerdən qırılmışdı.

Ona görə təcili olaraq Bakıya qayıtdı və əməliyyat olundu. Ona da salamlarımızı çatdırırıq. Hamını təbrik edirəm. Yeni komanda ilə dünya üçüncüsü olduq, bundan sonra da uğurlarımız bol olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu