Azərbaycanın komandası Dubayda dünya üçüncüsü oldu

22 Noyabr 2021 00:28 Karate 713
Azərbaycanın komandası Dubayda dünya üçüncüsü oldu

Azərbaycanın kumite üzrə komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Özbəkistanla qarşılaşıb.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn yığma fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Dünya çempionatında daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti