Azərbaycan yığmasından ilk qızıl - İrina ikinci dəfə dünya çempionu oldu

21 Noyabr 2021 02:00 Karate 984
Azərbaycan yığmasından ilk qızıl - İrina ikinci dəfə dünya çempionu oldu

BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında həlledici döyüşlər davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan karate yığması ilk qızıl medalını qazanıb.

Bu uğura İrina Zaretska imza atıb. Milliləşən ukraynalı 68 kq çəki dərəcəsində çempion olub.

O, yığmamız üçün yeganə finalda Silviya Semeraro ilə qarşılaşıb. İtaliyalı rəqibi üzərində qələbə qazanan İrina karyerasında ikinci dəfə dünya çempionu adına yiyələnib.

Bu, millinin Dubayda ikinci medaldır. Asiman Qurbanlı +84 kq çəki dərəcəsində bürünc mükafat əldə edib.

Medal şansını qoruyan kişilərdən ibarət komandamız isə 3-cü yer uğrunda görüşdə Özbəkistanla üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!