Azərbaycanın yımasının daha 5 üzvümedalsız qalıb -

18 Noyabr 2021 00:14 Karate 516
Azərbaycanın yımasının daha 5 üzvümedalsız qalıb - DÇ

Azərbaycanın daha 5 karateçisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə tatamiyə çıxan idmançıların hamısı uduzaraq yarışla vidalaşıb.

Kişilərdən 60 kq-da yer alan Əminağa Quliyev ilk iki mərhələdə Bəndər Abdulla (Bəhreyn) və Murad Xana (Pakistan) qalib gəlsə də, növbəti raundda Kərim Abu Etta (Misir) ilə bacarmayıb.

67 kq-dakı Tural Ağalarzadə ardıcıl olaraq, Vorakan Soda (Tailand) və Nenad Duloviçi (Monteneqro) üstələyib. Lakin III mərhələdə misirli Əli Elsaviyə uduzan karateçi mübarizəni dayandırıb.

Qadınların yarışında 50 kq-da Nuranə Əliyeva ilk görüşündə Lusia Kovaçikovanı (Slovakiya) məğlub etsə də, növbəti döyüşdə Bettina Plankaya (Avstriya) uduzub.

55 kq-da çıxış edən İlahə Qasımova startda Maya Şarerlə (İsveçrə), 60 kq-da mübarizə aparan Ayla Rzazadə isə Fatimə-Zəhra Çajayla (Mərakeş) bacarmayıb.

İlk yarış günündə qüvvəsini sınayan Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) finala, Asiman Qurbanlı (+84 kq) bürünc medal görüşünə vəsiqə qazanıb.

Rafael Ağayev (75 kq), Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) isə mundialla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti