Ağayev altıncı dəfə dünya çempionu ola bilmədi

17 Noyabr 2021 01:30 Karate 642
Ağayev altıncı dəfə dünya çempionu ola bilmədi

Azərbaycan karateçisi Rafael Ağayev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşündə Li Fenq-Jen (Çin Taypeyi) və İvan Korabauya (Belarus) qalib gəlsə də, növbəti qarşılaşmada Skott Tomasa (ABŞ) uduzaraq, yarışı medalsız başa vurub.

İrina Zaretska isə finala yüksəlib. 68 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə dueldən qalib ayrılıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı qızıl medal uğrunda italiyalı Silviya Semeraro ilə döyüşəcək.

Mübarizəyə qoşulan Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışı medalsız bitirib. Asiman Qurbanlı (+84 kq) isə yarımfinaladək irəliləyə bilib.

Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan karateçi bürünc medal uğrunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti