"Çox həyəcanlı idim" - FOTO

12 Sentyabr 2021 02:38 Karate 527
"Çox həyəcanlı idim" - FOTO

"Çox həyəcanlı idim. Qızıl medal qazandığım üçün sevincliyəm".

Sportinfo.az xəbər verir ki, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan karateçisi İnci Əzizova deyib.

50 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bildirib ki, bu titul onun karyerasında xüsusi əhəmiyyətli rol oynayır: "Yarış ilk dəfə keçirildiyi üçün tarix yazdığımızı düşünürəm".

Yarışda Azərbaycan idmançıları arasında ən çox döyüş keçirən Əzizova yalnız bir görüşdə uduzduğunu xatırladıb:

"Məğlubiyyətə baxmayaraq, qrupu birinci pillədə tamamladım. Çünki həmin qarşılaşmanın heç bir əhəmiyyəti yox idi. Sadəcə, dairəvi sistem olduğu üçün hamı bir-biri ilə qartşılaşmalı idi" (report).

O, I MDB Oyunlarından öncə qazandığı nailiyyətləri də sadalayıb: "Xorvatiyada keçirilən Dünya Kubokunda ikinci, Avropa çempionatında isə 5-ci olmuşdum.

MDB Oyunları ilk dəfə keçirildiyi üçün hamı yarışa ciddi hazırlaşmışdı. Bütün idmançılar həvəsli idi. Bu cür nəticələr qazanacağımızı gözləyirdik".

Digər Xəbərlər
Xəbər Lenti