Ceyhunla Mədinə MDB Oyunlarında bürünc medal qazandı

11 Sentyabr 2021 12:20 Karate 499
Ceyhunla Mədinə MDB Oyunlarında bürünc medal qazandı

Azərbaycanın iki karateçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, kata yarışlarında Ceyhun İsmayılov, kumite növündə isə Mədinə Sadıqova (67 kq) fəxri kürsüyə qalxıb.

Onlar medal görüşündə özbəkistanlı rəqiblərinə qalib gəliblər. İsmayılov Samandarbek Abdiyevdən, Sadıqova isə Fotima Ostanovadan üstün olub.

Digər Xəbərlər
Xəbər Lenti