Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

19 May 2020 01:24 Dünya futbolu 494
Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

Polşa millisinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Yeni müqavilə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək.

Polşa DÇ-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb.

Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək AÇ-2020-də çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti