"Onlar hansı sifətlə pasport alıb?”

15 Noyabr 2023 12:10 Gündəm 1 998
"Onlar hansı sifətlə pasport alıb?”

Ermənistanda parlament müxalifəti Qarabağ ermənilərinin “vətəndaşlıq şəhadətnaməsi” deyil, “səyahət pasportları” almasına etiraz edib.

Bu barədə parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Geqam Manukyan danışıb.

“Ermənistan öz vətəndaşlarına biometrik pasportları nə vaxt verməyə başlayacaq?”, - deyə o, parlamentin iclasında belə bir sual ünvanlayıb.

“Müvafiq məsul şəxslər Ermənistan vətəndaşlarını Qarabağ ermənilərinə verilən mavi pasportların vətəndaşlıq şəhadətnaməsi olmadığına və buna görə də onların müxtəlif dövlət vəzifələrinə təyin edilə bilməyəcəyinə inandırırlar.

Lakin Xocavənddə anadan olan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, Hadrutda doğulan Edvard Asryanın da oxşar pasportu var.

Belə çıxır ki, Ermənistanın təhlükəsizliyini müdafiə edən və Qarabağda cəbhə xəttində olan həmin ermənilərin yalnız səyahət üçün pasportları olub”, - deyə Manukyan qeyd edib.

Parlamentin spikeri Alen Simonyan öz növbəsində bildirib ki, bütün bunlar gələcəkdə Qarabağ ermənilərinin hüquqlarının lazımi səviyyədə təmin olunması üçün edilir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!