Vaxtilə millimizin formasını geyinmiş braziliyalı hücumçudan AÇIQLAMA

22 Mart 01:50 Milli komanda 2 771
Vaxtilə millimizin formasını geyinmiş braziliyalı hücumçudan AÇIQLAMA

Azərbaycan millisinin sabiq forvardı Leandro Qomeş sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, p, komandamızın Haiti və Belarusa qarşı keçirəcəyi yoxlama görüşündən gözləntilərini açıqlayıb.

48 yaşlı braziliyalı 2006-2009-cu illərdə Azərbaycan millisində 18 matça çıxıb. Qomeşin fikrincə, Azərbaycan millisi Haitiyə də qalib gələ bilər:

"Azərbaycan millisini daimi olaraq izləyirəm. Bilirəm ki, Haiti və Belarusa qarşı oyunlar var.

Əlbəttə ki, hər iki görüşdə də qələbə qazanmaq mümkündür. Çünki Azərbaycan yığmasında yaxşı futbolçular var.

İnanıram ki, sabah Haiti ilə görüşdə qələbə qazanacaqlar. Təbii ki, Haiti millisi də yaxşı komandadır, heyətinə baxmışam, güclü klublarda oynayırlar.

Hər halda, yeni tsikl öncəsi bu cür oyunlar millimiz üçün yerinə düşür.

Ümidvaram ki, Azərbaycan millisi bu iki görüşü də yaxşı səviyyədə keçirəcək və motivasiya baxımından da uğurlu matçlar alınar. Azərbaycan yığması doğru yoldadır".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”