Qvardiola istəyir, vermirlər

27 Mart 2020 18:20 İngiltərə 455
Qvardiola istəyir, vermirlər

“Mançester Siti” Leonardo Bonuççini transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “şəhərlilər” yayda müdafiə xəttini gücləndirmək niyyətindədir. Komandanın baş məşqçisi Pep Qvardiola 32 yaşlı futbolçunun alınması istəyib.

Ancaq Turin klubu oyunçunu buraxmayacaq. Hətta “Yuventus”un “Mançester Siti”yə transferin alınmayacağını bildirdiyi də qeyd olunub.

Mançester təmsilçisi daha öncə “İnter”in müdafiəçisi Milan Şkrinyarı heyətinə qatmaq istəsə də, klub razılıq verməmişdi. “Şəhərlilər” oyunçu üçün qarşı tərəfə 85 milyon avro təklif etmişdi. Bonuççi bu mövsüm komandası ilə 25 oyun keçirib və 3 qol vurb.

Digər Xəbərlər
Xəbər Lenti