
"Arsenal"ın baş məşqçisi Mikel Arteta Mesut Özilin Türkiyə "Fənərbağça"sına keçidindən danışıb.
Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 33 yaşlı yarımmüdafiəçinin hazırda Türkiyədə olduğunu xatırladıb.
Arteta Mesutun tibbi müayinədən keçəcəyini və bəzi sənədləşmə işlərinin aparılacağını vurğulayıb: "Keçid baş tutan kimi bu barədə rəsmi məlumat verəcəyik. Bu cür oyunçuların klubdan ayrılmasını görmək kədərlidir".
Mesut Özil 2013-cü ildən "Arsenal"da çıxış edir. Onun tezliklə "Fənərbağça" ilə müqavilə imzalayacağı gözlənilir.