Azərbaycan klubu iştirak ərizəsini göndərdi - Avrokuboklar üçün

26 Sentyabr 2021 22:40 Həndbol 1 010
Azərbaycan klubu iştirak ərizəsini göndərdi - Avrokuboklar üçün

Avropa kubokunda çıxış edəcək qadın həndbolçulardan ibarət “Azəryol”un iştirak ərizəsi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, avrokubokların 2021/22 mövsümündəki yeganə təmsilçimiz sifariş vərəqini Avropa Voleybol Konfederasiyasına (EHF) göndərib.

2-ci raundda Yunanıstanın “AEP Panorama” klubu ilə görüşəcək “Azəryol”un heyətində 17 həndbolçu yer alıb.

Onlardan 3-ü qapıçı, 14-ü sahə oyunçusudur. Komandanın heyətində yalnız bir legioner var. Bu da uzun müddətdir ölkəmizdə çıxış edən Alina Kuznetsovadır.

Qapıçılar: Pərvin Aslanova, Azaliya Həsənova, Mədina Musayeva;

Sahə oyunçuları: Fəridə Əliyeva, Mehparə Əliyeva, Alyona Barbakadze, Kamilə Bayramova, İranə Qasımova, Rəna Həsənova, Elnarə İbrahimova, Alina Kuznetsova, Minayə Məmmədova, Səkinə Musayeva, Anastasiya Obuxova, Ülviyyə Şərifova, Sabina Smaqina, İnarə Yusibova

“Azəryol” və “AEP Panorama” arasında hər iki matç Salonikidə təşkil olunacaq. Oktyabrın 23-dəki matçda yunanıstanlılar, ertəsi gün təmsilçimiz meydan sahibi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"