I Qarabağ müharibəsi şəhidi Biləsuvarda dəfn olundu - FOTOLAR

23 May 2024 12:10 Hadisə 1 147
I Qarabağ müharibəsi şəhidi Biləsuvarda dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonunda torpağa tapşırılıb.

1 saylı Cəbrayıl qəsəbəsində şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin valideynləri, rayon İcra Hakimiyyəti təmsilçiləri, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhid qəsəbədəki Şəhidlər xiyabanında dəfn olunub.

Elbrus İsaq oğlu İsaqov 1966-cı ilin avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

O, 1994-cü ilin fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. Sonradan mərhumun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edildiyi müəyyənləşib.

Surxay Şahbazov



Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”