MEDİA kiberhücumla bağlı məlumat yaydı

21 Fevral 2025 07:40 Hadisə 1 587
MEDİA kiberhücumla bağlı məlumat yaydı

Fevralın 20-də ölkəmizin bir sıra onlayn media resurslarına qarşı həyata keçirilən kütləvi kiberhücumu Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirir və bildiririk ki, veb-saytların fəaliyyətinin bərpası istiqamətində zəruri tədbirlər görülməkdədir.

Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

“Hazırda müvafiq dövlət qurumları tərəfindən kütləvi kiberhücumun nəticələrinin aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır.

Bu kimi halların qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa çağırırıq”, - məlumatda vurğulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"