Qeyri-adi qərar: Dünya çempionatından qovulmasına səbəb olan şalvarını satır - FOTO

21 Fevral 2025 10:20 Hadisə 1 530
Qeyri-adi qərar: Dünya çempionatından qovulmasına səbəb olan şalvarını satır - FOTO

Norveçli qrossmeyster Maqnus Karlsen dünya çempionatından qovulmasına səbəb olan cins şalvarını hərraca çıxarıb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında məlumat paylaşıb.

“Cins şalvarımı hərracda satıram. Belə bir şey yazacağımı heç düşünməzdim. Bütün gəlir xeyriyyə proqramına gedəcək”, - Karlsen sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, qrossmeyster ötən il ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından qovulub. Buna səbəb onun cins şalvar geyinməsi olub.

Belə ki, Beynəlxalq Şahmat Federasiyası yarış üçün geyim forması müəyyənləşdirib. M.Karlsen isə buna əməl etməyib.

Əvvəlcə məşhur şahmatçıya geyimini dəyişməsi və cərimə ödəyərək geri dönməsi təklif edilib. Lakin norveçli qrossmeyster bundan imtina edib. Nəticədə o, yarışdan qovulub.


Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi