Görüntülər qalib komanda ilə onların azarkeşlərinə aid deyil.
Videoçəkilişlər “Zirə” – “DAC 1904” qarşılaşmasından sonra lentə alınıb.
Deməli, 0:4 hesabı ilə darmadağın olan Slovakiya komandasının futbolçuları hakimin final fitindən sonra “Dalğa Arena”dakı qonaq fanatların yer aldıqları tribunanın önünə gəlirlər.
Məyus və pərişan halda yaxınlaşıb fanatlarından dolayı yolla üzr istəyirlər. Azarkeşlərin cavabı isə onları alqışlamaq olur. Nəticə ciddi önəm daşımır. 90 dəqiqə mübarizə aparan futbolçulara bu şəkildə təşəkkür edirlər.
Bəs, bizdə necədir?
Məğlub olan hansıda komandanın üzvlərinin tribunaların önünə gedib tərəfdarlarından üzr istədiklərinin şahidi olmusunuz? Bəlkə də olub. Şəxsən görməmişəm.
Futbolun gözəlliyi budur, bəylər. Uduzan kimi başını aşağı salıb paltardəyişmə otağına qaçmaq yox. Sizə etiraz edən azarkeşləri hansısa formada təhqir etmək də yox.
Həm azərbaycanlı azarkeşlər, həm də azərbaycanlı futbolçuların örnək götürməli olan görüntülərdir. Lütfən, təkrar-təkrar baxın.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

