Azərbaycan hərbçilər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməkdən imtina edib.
Sportinfo.az xəbər verir ki, prosport.az-ın məlumatəna görə, iyulun 20-də "deadline" bitib.
Gənclər və İdman Nazirliyindən Beynəlxalq Hərbi İdman Şurasına (CISM) 2025-ci ildə bu yarışı keçirə bilməyəcəkləri bildirilib. Buna səbəb 2025-ci ildə ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsidir.
Hərbçilər arasında futbol üzrə ilk dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçirilib.

