"Qarabağ"ın ikinci "qızıl”ı və Rəşad Sadıqovun toxunuşları haqda bir neçə söz - VİDEO

3 İyun 2024 13:00 Hadisə 1 335
"Qarabağ"ın ikinci "qızıl”ı və Rəşad Sadıqovun toxunuşları haqda bir neçə söz - VİDEO

“Çox maraqlı və gərgin final izlədik.

Ən çox diqqəti çəkən “Zirə”nin “Qarabağ”a öndə etdiyi basqı və qazanılan toplara zamanında sürət verməyə çalışması idi.

Rəşad Sadıqov oyun planı olaraq komandasını finala əla hazırlamışdı. Ancaq hücum fazasında keyfiyyət fərqi sözünü dedi ”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Azərbaycan kubokunun finalında qarşılaşan “Qarabağ” və “Zirə”nin bir-birinə qarşı qurduqları üstün və mənfi tərəflər haqda danışıb.

Onu da qeyd edib ki, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə də mükəmməl final idarə etdi:

“Mövsüm ərzində hakimlərin çıxışları haqda çox tənqidi fikirlər səsləndirmişik, amma belə idarəçilik gördükdə sevinirsən. Matçın tempini düşməyə qoymadı”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti