Ronaldo ilə görüşmək üçün meydana girən azyaşlı görün kim imiş! - FOTO

25 İyun 2024 12:20 Hadisə 1 707
Ronaldo ilə görüşmək üçün meydana girən azyaşlı görün kim imiş! - FOTO

AÇ-2024-ün qrup mərhələsində keçirilən Portuqaliya – Türkiyə (3:0) oyununda meydana çıxaraq Kriştianu Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı uşağın türkiyəli Berat Uluğ olduğu ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə onun atası Çetin Uluğ məlumat verib.

O, oğlunun meydana girməsi ilə bağlı yalan danışdığını deyib: “Mənə tualetə gedirəm dedi. Sonra gördüm ki, ehtiyat oyunçular skamyasının üzərindən stadiona tullandı və qaçmağa başladı”.

Almaniyanın “Hessen Kassel” klubunun 11 yaşlılardan ibarət komandasında çıxış edən Berat Uluğ isə “xəyallarımı reallaşdırdım. Ronaldo ilə fotom var və onu bir formaya həkk etdirib otağımda asacam” deyərək sevincini bölüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”