AFFA Hakimlər Komitəsində gözlənilən ilk dəyişiklik baş verib.
Cavid Cəlilov komitənin nəzdində fəaliyyət göstərən Hakimlər Departamentinin rəisi vəzifəsindən uzaqlaşdırılıb.
Federasiya rəhbərliyi fəaliyyəti böyük narazılıq doğuram şəxslə işbirliyini bugündən etibarən dayandırıb.
AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova yaxınlığı ilə ad çıxaran Cəlilovdan şikayətçi düşən yalnız hakimlər deyildi.
Aşağı yaş qrupları üzrə liqalara təyinat alan əksər “fit sahibləri” ilə yanaşı, Premyer Liqa və I Liqa klublarının da çoxu onun əlindən zinhara gəlmişdi.
Fritz Stuxlikin komitəyə sədrliyi dönəmində əl-ayağı yer alan, Barış Şimşekin görəvdə olduğu son 2 ildə də atını köndələn çapan Cəlilov baş hakim kimi özünə həmişə yer edib.
Referi olaraq təyinat aldığı matçların böyük qismində verdiyi qərarlarla gündəmə gəlib.
SPORTİNFO.AZ

