Gəlişi ilə Qurban Qurbanovun üzünü güldürən şəxs kimdir? - VİDEO

23 Mart 23:45 Hadisə 156
Gəlişi ilə Qurban Qurbanovun üzünü güldürən şəxs kimdir? - VİDEO

«Karvan»ın yeni icraçı direktoru Elvin Əjdərli sosial şəbəkədə maraqlı paylaşım edib.

Bir neçə ay öncə Yevlax təmsilçisinin rəhbərliyinə gətirilən funksioner «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov və onun «Kəpəz»dəki həmkarı Azər Bağırovla görüşünün görüntülərini yayıb.

O, həmçinin Ağdam klubunun futbolçuları ilə tək-tək salamlaşıb.

Kadrlar xoş qarşılanıb. Buradan görünür ki, Əjdərli ilə Qurbanov necə səmimi söhbət edir.

Hiss olunur ki, onlar əvvəlcədən bir-birlərini haradansa tanıyırlar, münasibətləri var.

Qurbanovun onu görərkən üzündə təbəssüm qonmasından bu, açıq-aşkar sezilir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti