Emin Mahmudov Qurban Qurbanovu tək buraxmadı - Bu yerləri bölüşürlər

00:30 Hadisə 111
Emin Mahmudov Qurban Qurbanovu tək buraxmadı - Bu yerləri bölüşürlər

Emin Mahmudov “Neftçi”də 70-ci qolunu vurub.

Yarımmüdafiəçinin yubiley topu Misli Premyer Liqasının 25-ci turuna təsadüf edib.

“Ağ-qaralar”ın kapitanı “İmişli” ilə ev matçında (6:0) fərqlənib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, Emin 2017-ci ildən çıxış etdiyi “Neftçi” forması ilə çıxdığı 281-ci oyunda 70-ci qolunu vurub.

O, Premyer Liqada 54 (229 oyunda), ölkə kubokunda 7 (27 oyunda), avrokuboklarda 9 (25 oyunda) dəfə rəqib qapılarına yol tapıb.

Emin “Neftçi”nin 89 illik tarixində 70 və ya daha çox qol vuran 10-cu futbolçudur. O, eyni sayda qol vuran Qurban Qurbanovla 9-10-cu yerləri bölüşür.

“Neftçi” tarixinin bombardiri Samir Ələkbərovun hesabında 142 qol var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?