İlkin Fikrətoğlu - ”Qəbələ” Premyer Liqada bütün oyunları bu ruhda keçirsəydi…

22 Mart 22:05 Hadisə 191
İlkin Fikrətoğlu - ”Qəbələ” Premyer Liqada bütün oyunları bu ruhda keçirsəydi…

“Bizi qarşıda cox maraqlı iki ay - futbol baharı gözləyir”.

Bu sözlər Sportinfo.az saytının və ”Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış media kapitanı ölkə kubokunun ¼ final mərhələsinin nəticələrini dəyərləndirib:

”Qarabağ” ilk oyunda ”Şamaxı”ya uduzdu. Cavab görüşünün 90+8-ci dəqiqədə Kərim Rossi penaltini qola çevirsəydi, cütün taleyi əlavə vaxtda müəyyənləşəcəkdi.

”Sabah”a isə ”Qəbələ” ümumiyyətlə, dram yaşatdı. 49-cu dəqiqədən etibarən azlıqda qalan ”Qəbələ” hesabı 0:2-dən 2:2-yə gətirdi. əlavə vaxtda bir daha hesabda geri düşdü və yenə bərabərlik üçün özündə güc tapdı.

Yalnız penadtilər seriyasında ”Sabah” məqsədinə çatdı. Çempionatda mövsüm ərzində dörd penaltidən yalnız birini qola çevirən ”Qəbələ” təxmin edildiyi kimi, kubokda da penaltilər seriyasında fərqli nəsə göstərmədi.

Təəssüf ki, ”Qəbələ” mövsüm ərzində ən yaxşı oyunlarından birindəi - azarkeşlərinin görmək istədiyi döyüşkənlik, əzmkarlıq, fədakarlıq göstərdiyi matçın yekununda məğlub oldu.

”Qəbələ” Premyer Liqada bütün oyunları bu ruhda, bu üslubda keçirsəydi, indi yəqin ki, turnir cədvəlində yalnız ”Karvan Yevlax”dan öndə olmaz, daha yuxarı mövqelərdə qərarlaşardı.

”Kəpəz” kimi, ”Qəbələ” üçün də əsas məqsəd kubok yox, liqada yerini qorumaqdır. ”Qəbələ”nin elə də geniş olmayan heyəti ”Sabah”la 120 dəqiqəlik trillerdə nəyi var yoruldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?