Premyer Liqanin yeni siması I Liqanın ən qolçu hücumçusu ilə müqavilə bağladı

16:30 Hadisə 259
Premyer Liqanin yeni siması I Liqanın ən qolçu hücumçusu ilə müqavilə bağladı

Premyer Liqada ilk mövsümünü keçirən «İmişli» yeni transfer əməliyyatını yekunlaşdırıb.

Elitanın sürpriz iştirakçısı Seyxan Fərəcovu sıralarına qatıb.

Aranlılar adıçəkilən hücumçu ilə 2 illik şəxsi müqavilə imzalayıb. O, iyun eayından rəsmən «İmişli»nin oyunçusu olacaq.

Fərəcov bu komandaya tanış biridir. Ötən mövsüm «İmişli»nin heyətində I Liqada çıxış edib və 11 qolla onun bombardiri olub.

Seyxan hazırda da aşağı dəstənin qolçusudur. 2000 manat maaş qarşılığında MOİK-in formasını geyinən forvard cari sezonun geridə qalan 19 turu ərzində 14 qola imza atıb.

«İmişli» 25 yaşlı ön xətt oyunçusunu bu ilin əvvəlində də geri qaytarmağa çox çalışdı.

Səbəbkarın razılığını alsa da, ordu klubu kontratın davam etməsini əsas gətirərək, onu satmaqdan və ya icarəyə verməkdən imtina etdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti