“Messi və Ronaldunu istəyirdim” - “Sabah”dan ayrılan baş məşqçisi transfer zarafatı etdi

21 Mart 14:25 Hadisə 593
“Messi və Ronaldunu istəyirdim” - “Sabah”dan ayrılan baş məşqçisi transfer zarafatı etdi

“Ural”ın baş məşqçisi Vasili Berezutski komandanın transfer fəaliyyəti barədə maraqlı açıqlama verib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis dünya ulduzlarını heyətə cəlb etmək istədiyini ironiya ilə ifadə edib:

“Mən artıq demişdim: Pedri, Kriştianu Ronaldu və Lionel Messini istəyirdim.

Amma alınmadı, müəyyən reallıqlar var. Təəssüf ki, onlar gəlməkdən imtina etdilər”.

Vasili Berezutski ötən mövsüm “Sabah”ın baş məşqçisi olub. O, Masazır təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb.

Berezutski həyat yoldaşının sağlamlığında yaranan problemlərə görə cari mövsüm başlamamış “Sabah”dan ayrılaraq vətəninə dönüb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!