PFL Qəbələdə şəhid övladları üçün yay düşərgəsi təşkil etdi - FOTOLAR

2 İyun 2024 02:10 Hadisə 1 202
PFL Qəbələdə şəhid övladları üçün yay düşərgəsi təşkil etdi - FOTOLAR

1 iyun 2024-cü il tarixində Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu tərəfindən Qəbələdə şəhid övladları üçün yay düşərgəsinə start verilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, tədbir tərəflər arasında cari ilin 8 may tarixində bağlanmış müqaviləyə əsasən reallaşdırılır.
Düşərgədə 8-12 yaş aralığında 30 şəhid övladı iştirak edir.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan layihə 5 iyun tarixinədək davam edəcək. Əsas məqsəd şəhid övladlarına diqqət və qayğının artırılması, onlarda sağlam həyat tərzinin təbliğidir.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının yadigarlarının xoş vaxt keçirmələrinə, onların istirahət etməsinə, tarixi-coğrafi yerlərlə tanışlıqlarına, yeni məkanlar kəşf etmələrinə nail olmaq əsas hədəflərdir.

“YAŞAT” Fondunun, Peşəkar Futbol Liqasının, eləcə də ASAN könüllülərinin iştirakı ilə baş tutacaq tədbirlərə Qəbələ şəhərinin müxtəlif görməli yerlərində gəzintilər, əyləncəli oyunlar, futbol matçı, tarixi yerlərə səyahətlər və digər aktiv istirahətlər daxildir.































Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”