AFFA-nın təşkilatçılığı ilə menecerlər imtahan verdi

3 Fevral 04:50 Hadisə 458
AFFA-nın təşkilatçılığı ilə menecerlər imtahan verdi

AFFA-nın təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün onlayn formatda imtahan keçirilib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıblar.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Qaydalara əsasən, hər bir iddiaçı klubun lisenziyalaşdırma üzrə meneceri müvafiq sertifikata malik olmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti