“Neftçi”də ürəklərə dağ basan FOTO

20:00 Hadisə 175
“Neftçi”də ürəklərə dağ basan FOTO

“Araz-Naxçıvan” - “Neftçi” matçında (0:4) Freddi Varqasla rəqib qapıçı Kristian Avramın toqquşması kənardan bəlkə də adi göründü.

Komandalar ikinci hissədə meydana ayaq basanda Varqas yox idi, Edvin Kuç kolumbiyalını əvəz etmək üçün dördüncü hakimin yanında gözləyirdi.

“Ağ-qaralar”ın “10 nömrə”si ilk hissənin sonlarına yaxın yaşanan epizodda topu Avramdan oğurlamağa çalışsa da, moldovalı kiperə qarşı kobudluq edərək nəticədə öz ayağını zədələdi.

Matçdan sonrakı mətbuat konfransında baş məşqçi Yuri Vernidub futbolçunun ayağındakı zədənin ciddiliyini qeyd etməklə vəziyyətin yaxşı olmadığına işarə vurdu.

Sən demə, Varqasın topuğundan aldığı zədə gözləniləndən də ağırdır.

Stadionu komanda yoldaşlarının çiyinlərində tərk edən Freddi qarşıdakı iki həftədə çətin ki, yaşıl meydan üzü görsün.

Onsuz da 18-ci turda “Qəbələ”ylə görüşü cəza səbəbindən buraxacaq. “Kəpəz”lə oyuna qədər zədəni sağaltmaq ehtimalı da inandırıcı deyil.

Texniki bacarıqları ilə seçilən “Piko”nun ürəkləri dağlayan zədə fotosunu təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti