Respublikanın daha bir neçə rayonunda “Məktəbli Kuboku” keçirilir

04:40 Hadisə 64
Respublikanın daha bir neçə rayonunda “Məktəbli Kuboku” keçirilir

AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində daha bir neçə rayonda “Məktəbli Kuboku” turniri keçirilir.

Sportinfo.az xəbər verir ki, Qobustan, Quba, Oğuz, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, İmişli, Şəki, Qax, Göyçay, İsmayıllı və Şamaxı üzrə yarışlarda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla komandalar qüvvələrini sınayırlar.

Daxili birinciliklər başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komandalar rayonları bölgə yarışlarında – Regional finallarda təmsil edəcəklər.

“Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir.

Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 18:10 Çək və bizə göndər!
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"