“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda portuqaliyalı futbolçu Dioqo Kardozu ilə anlaşıb.
24 yaşlı mərkəz hücumçusu artıq “İmişli”nin şərəfini qoruyacaq. Futbolçu ilə 2 il 6 aylıq müqavilə bağlayıb.
Dioqo peşəkar karyerasına Portuqaliyanın “1 Dezembro” klubunda başlayıb, son olaraq isə “Portimonense” U-23 komandasının formasını geyinib.
O, eyni zamanda "Benfika" akademiyasının yetirməsidir.
Müxtəlif yaş qruplarında “Benfika” U-17 və “Vitória” U-19 komandalarında çıxış edən Kardozu güclü futbol məktəbi keçib və bunu meydanda da hiss etdirməyi bacarır.
Hücumçu cari mövsümün ilk yarısında meydana çıxdığı 17 oyunda 6 qol vuraraq məhsuldar performansı ilə diqqət çəkib.

