Özünü Azərbaycanda tanıtdı, Təbrizdə həbs edildi - FOTO

02:00 Hadisə 91
Özünü Azərbaycanda tanıtdı, Təbrizdə həbs edildi - FOTO

Azərbaycanda bir neçə klubda çıxış etmiş Peyman Keşavarzi Təbrizdə həbs edilib.

Sportinfo.az xəbər verir ki, İranın KIA klubunun üzvü ölkədə hakimiyyətə qarşı etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb.

P.Keşavarzi İranın “Traktor”, Aazərbaycanın “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Karvan” klublarında çıxış edib.

Ötən il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb.

Hazırda etirazlar zamanı ölənlərin sayı minlərlədir.

Azərbaycanda oynamış futbolçu İranda həbs edildi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!
30 Yanvar 04:00 Bu yola əl atdı - FOTOLAR