Bu erməni “Azərbaycan” yazısını gizlətməyə çalışdı, cəza aldı - FOTO

4 Yanvar 01:50 Hadisə 274
Bu erməni “Azərbaycan” yazısını gizlətməyə çalışdı, cəza aldı - FOTO

İtaliyada keçirilən “Tour de Ski” yarışlarında iştirak edən erməni xizəkçi Mikael Mikaelyan cəzalandırılıb.

Sportinfo.az İsveç mediasına istinadən xəbər verir ki, buna səbəb onun formasında yarışın sponsorlarından olan Azərbaycanın adı yazıldığı hissəni örtməsi olub.

Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) idmançının bu hərəkətinin yolverilməz olduğunu bildirib.

M.Mikaelyan isə həmin hərəkəti niyə etməsinin səbəbini açıqlamayıb: “Bu mənimlə münsiflər heyəti arasında qalacaq”.

Sözügedən Federasiya Azərbaycanla 5 illik sponsorluq müqaviləsi imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq