Ronaldo mükafatını aldı, “inşallah” dedi, hamı alqışladı - VİDEO

29 Dekabr 2025 18:20 Hadisə 456
Ronaldo mükafatını aldı, “inşallah” dedi, hamı alqışladı - VİDEO

“Globe Soccer Awards” mərasimində “Yaxın Şərqin ən yaxşı futbolçusu” mükafatını alan Kriştianu Ronaldo çıxışı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, superulduzun çıxışı zamanı “inşallah” sözünü istifadə etməsi marağa səbəb olub:

“Bu tədbir mənim üçün hər zaman önəmli olub. Zalda çox sayda sevdiyim insan var.

Xüsusən də həyat yoldaşımın burada iştirakını qeyd etmək istərdim. Oynamağa davam etmək çətindir.

Amma motivasiyam var. İnşallah, zədə almaram. Gecədən həzz alın”.

Daha əvvəl Ronaldo karyerasında 1000 qol həddinə çatmaq istədiyini bildirmişdi. Hazırda onun 956 qolu var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...