Afrika Millətlər Kubokunda 2-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Benin və Botsvana komandaları qarşılaşıb.
Görüş Benin millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Benin yığmasında Azərbaycan Premyer Liqasında çıxış edən bir futbolçu da meydana çıxıb.
"Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda matça start heyətində başlayıb. 30 yaşlı futbolçu 54-cü dəqiqədə əvəzlənib.
"Sumqayıt"da çıxış edən Abdul Raşid Mumini isə bu görüşdə iştirak etməyib. 2 turdan sonra 3 xal toplayan Benin seçməsi B qrupunda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

